Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/
Bakıda vətəndaşların əlindən pul kisələrini alıb qaçan şəxslər tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 18-i saat 21:30 radələrində Tağıyev küçəsində Bakı şəhər sakinləri - Vüsal İbrahimov Ruslan Əliyevin və David Lalayevin sinəsindən yumruqla vurub, R.Əliyevdən içərisində 12 ABŞ dolları, 5 avro, 1 manat olan pul qabını, D.Lalayevin əlindən "Ipod" alıb hadisə yerindən qaçarkən Səbail rayon Polis İdarəsi Post-Patrul Xidməti bölməsi və 9-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Mayın 18-də Azadlıq prospektində isə naməlum şəxs Bakı şəhər sakini Aleksandra Şevelyovanın əlindən içərisində 77 manat, 5000 rubl və şəxsiyyət vəsiqəsi olan pul kisəsini alaraq qaçıb. Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Nəsimi rayon Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti, 22-ci polis bölməsi və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Gəncə şəhər sakinləri Tural Osmanov, Ayaz Salmanov və Aqil Abbasov tutulublar.