Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İzzət/
Ötən həftəsonu - şənbə və bazar günlərində Azərbaycanda 9 yol qəzası baş verib. Hadisələr nəticəsində 5 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə verilən məlumata görə, mayın 24-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Mayın 25-də isə ölkə ərazisində 4 yol qəzası qeydə alınıb. Hadisələr nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.