Azərbaycan, Bakı, 31 may /Trend/
Yevlax şəhərində tədris üçün nəzərdə tutulmuş silah-sursat tapılıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Yevlax rayon Polsi şöbəsinin əməkdaşları tərəfindən şəhərdə yerləşən və fəaliyyətini dayandırmış internat məktəbinin yaxınlığından tədris üçün nəzərdə tutulmuş 3 ədəd mina, 1 ədəd mina alışqanı, 3 avtomat sandığı, 105 ədəd patron və 7 qumbara tapılıb.