Azərbaycan, Bakı, 31 may /Trend/
Daxili İşlər Nazirliyi (DİN) Qaradağda ailə faciəsi ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.
Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, mayın 31-də saat 01 radələrində Qaradağ rayonunun ərazisində Bakı şəhər sakini Emin Nəcəfov idarə etdiyi "Audi" markalı avtomobili yolun ortasındakı dəmir arakəsməyə vurub.
E.Nəcəfov və sərnişinlərindən azyaşlı oğlu Xəyyam hadisə yerində ölmüş, arvadı Xəyaləyə və digər azyaşlı oğlu Elmirə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.