...

Bakıda mənzildə 1 azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb

Hadisə Materials 1 İyun 2014 04:05 (UTC +04:00)
Bakıda mənzildə 1azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.
Bakıda mənzildə 1 azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 1 iyun /Trend /

Bakıda mənzildə 1azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti