...

"Türk Hava Yolları"na məxsus təyyarə İstanbul aeroportuna qəza enişi edib

Hadisə Materials 2 İyun 2014 10:55 (UTC +04:00)
Bu gecə İstanbul-Bişkek reysini həyata keçirən "Türk Hava Yolları"na məxsus təyyarə İstanbul aeroportuna qəza enişi edib.
"Türk Hava Yolları"na məxsus təyyarə İstanbul aeroportuna qəza enişi edib

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir R.Hafizoğlu/

Bu gecə İstanbul-Bişkek reysini həyata keçirən "Türk Hava Yolları"na məxsus təyyarə İstanbul aeroportuna qəza enişi edib. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən xəbər verir.

Təyyarənin mühərrikinə quşun düşməsindən sonra təyyarə qəza enişi etməyə məcbur olub.

Nəticədə reys iki saat yubanıb. Bundan sonra sərnişinlər Bişkekə başqa təyyarə ilə uçmalı olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti