...

Bakıda iki yük avtomobili yanıb

Hadisə Materials 5 İyun 2014 09:47 (UTC +04:00)
Bakının Suraxanı rayonunda Mənzil Komunal Təsərrüfat Birliyinə məxsus qarajda iki yük avtomobilinin yanar hissələri yanıb.
Bakıda iki yük avtomobili yanıb

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Bakının Suraxanı rayonunda Mənzil Komunal Təsərrüfat Birliyinə məxsus qarajda iki yük avtomobilinin yanar hissələri yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Birliyə məxsus qarajda "Super Maz" markalı yük avtomobilinin yanar hissələri və yaxınlıqda dayanmış digər "Super Maz" markalı yük avtomobilinin 4 ədəd təkəri yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti