...

Bakıda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb

Hadisə Materials 12 İyun 2014 06:23 (UTC +04:00)
Bakıda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.
Bakıda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb

Azərbaycan, Bakı, 12 iyun /Trend /

Bakıda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Bənəqədi rayonunda yeddi mərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Xəbər lenti

Xəbər lenti