...

Üstündə narkotik vasitə aşkar edilmiş şəxsin Bakıda silsilə oğurluq əməlləri ifşa edilib

Hadisə Materials 21 İyun 2014 12:42 (UTC +04:00)
Bakıda üstündə narkotik vasitə aşkar edilmiş şəxsin silsilə oğurluqlar törətdiyi məlum olub.
Üstündə narkotik vasitə aşkar edilmiş şəxsin Bakıda silsilə oğurluq əməlləri ifşa edilib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda üstündə narkotik vasitə aşkar edilmiş şəxsin silsilə oğurluqlar törətdiyi məlum olub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Arif Hüseynovdan 9 qramdan artıq marixuana aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, o, 2013-cü il oktyabrın 9-da Naxçıvanski küçəsində Vasif Şahhüseynovun mənzilindən qızıl-zinət əşyaları, mobil telefon, oktyabrın 26-da Viktoriya Mamasanovanın mənzilindən 500 manat, hesabında 300 manat olan bankomat kartını, bu il fevralın 17-də Arzu Məlikovun mənzilindən qızıl üzük, gümüş qaşıq dəsti və fevralın 27-də Vyaçeslav Romanovun evindən qızıl-zinət əşyaları oğurlayıb.

Hazırda Arif Hüseynovun digər cinayət əməllərində iştirakının müəyyən edilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri ndavam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti