...

İranın Kürdüstan əyalətində 4 "Sepah" könüllüsü öldürülüb

Hadisə Materials 25 İyun 2014 17:12 (UTC +04:00)
İranın Kürdüstan əyalətindəki Kamyaran dağlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) könüllüləri ilə İran İnqilabı əleyhinə olan qruplaşma arasında qarşıdurma baş verib.
İranın Kürdüstan əyalətində 4 "Sepah" könüllüsü öldürülüb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir T.Cəfərov/

İranın Kürdüstan əyalətindəki Kamyaran dağlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) könüllüləri ilə İran İnqilabı əleyhinə olan qruplaşma arasında qarşıdurma baş verib. Hadisə zamanı "Sepah"ın 4 könüllüsü öldürülüb.

Trend İranın IRNA agentliyinə istinadən xəbər verir ki, hadisə iyunun 23-də baş verib. Agentlik məlumatı bu gün yayımlayıb.

Məlumata əsasən, öldürülən könüllülər bu gün öz şəhərlərində dəfn olunublar.

İslam İnqilabı əleyhinə olan qruplaşmanın dəqiq adı göstərilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti