...

Göygölda qonşu qonşunun malına qənim kəsildi

Hadisə Materials 4 İyul 2014 11:16 (UTC +04:00)
Göygöl rayonunun Quşqara kəndində mənzildən qiymətli əşya və qızıl məmulatları oğurlanıb. Ancaq oğurluq edən şəxs o qədər də uzağa qaça bilməyib.
Göygölda qonşu qonşunun malına qənim kəsildi

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İlkin İzzət/

Göygöl rayonunun Quşqara kəndində mənzildən qiymətli əşya və qızıl məmulatları oğurlanıb. Ancaq oğurluq edən şəxs o qədər də uzağa qaça bilməyib. Polis hadisədən cəmi bir gün sonra oğrunun qonşuluqda yaşadığını müəyyən edib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Göygöl rayonunun Quşqara kəndində Emin Məmmədova məxsus mənzil qarət olunub. Evdə heç kimin olmadığını bilən naməlum şəxs və ya şəxslər mənzilə qanunsuz daxil olaraq oradan xeyli miqdarda qiymətli əşya oğurlayıb. Göygöl polisinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini zərərçəkənin qonşusu 23 yaşlı Məshər Hüseynovun törətdiyi məlum olub.

Göygöl Rayon Polis Şöbəsinin baş müstəntiqi Elşən Elçiyev bildirib ki, Göygöl rayonunun Quşqara kəndində yaşayan Hüseynov Məshər Nizami oğlu həmkəndlisi Məmmədov Emin Şirvan oğluna məxsus mənzilin pəncərəsindən içəri daxil olaraq oradan 300 manat dəyərində 1 ədəd LG markalı televizoru və 700 manat dəyərində qızıl zinət əşyalarını oğurlayıb. Şübhəli şəxs kimi dindirilən Məhsər Hüseynov əməlini etiraf etməklə oğurladığı qiymətli əşyaları istintaqa təqdim edib.

Saxlanılan Məshər Hüseynov isə qarəti əvvəlcədən planlaşdırdığını və ev sahibinin mənzildə olmamasından xəbərdar olduğunu deyib. O oğurluq etməsinə səbəb kimi maddi imkanının aşağı olmasını göstərib: "Evdə olmadıqlarını bilirdim. Pəncərədən içəri daxil olub telvizoru və qızılları götürüb evə gətirdim. Heç bir gün keçmədi ki üstü açıldı və polislər məni saxladılar".

Məshər Hüseynovun barəsində cinayət işi başlanılıb. Onun digər cinayətlər törədib-törətmədiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti