...

Gədəbəydə avtomobil yolun kənarında dayanmış piyadanı vuraraq öldürüb

Hadisə Materials 10 İyul 2014 14:04 (UTC +04:00)
Gədəbəy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
Gədəbəydə avtomobil yolun kənarında dayanmış piyadanı vuraraq öldürüb

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Gədəbəy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 9-da saat 13 radələrində Gədəbəy rayonu Yenikənd kəndinin ərazisində Parakənd kənd sakini Rusət Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Həmid Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilmiş H.Hüseynov orada ölüb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti