Azərbaycan, Bakı, 29 iyul /Trend/
Bakıda yeni doğulmuş oğlan uşağı tapılaraq körpələr evinə təhvil verilib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sabunçu rayonunun Albalılıq bağlar sahəsində Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən yeni doğulmuş oğlan uşağı tapılaraq körpələr evinə təhvil verilib.
Araşdırmalar zamanı uşağın anası, Bakı şəhər sakini Fatimə İsgəndərova müəyyən edilərək saxlanılıb.