Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Zonquldağ vilayətində kömür şaxtası uçub.
Trend çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, uçqundan sonra 10 nəfər dağıntılar altında qalıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, Türkiyə tarixində Zonquldağ vilayətində ən iri şaxta qəzası 1992-ci ildə baş verib. Həmin vaxt qəza nəticəsində 263 nəfər ölmüşdü.