Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İlkin İzzət/
Lənkəranda "Hirkan" dövlət qoruğunun ərazisində daha bir yanğın hadisəsi baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində, rayon mərkəzindən 18 km aralıda, "Hirkan" dövlət qoruğunun ərazisində 0,5 ha sahədə kol-kos və müxtəlif ağaclar yanıb.
Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, avqust ayı ərzində adıçəkilən qoruqda bir neçə dəfə yanğın hadisəsi baş verib.