...

Bakıda avtomobil qaçırmış şəxs tutulub

Hadisə Materials 2 Sentyabr 2014 13:14 (UTC +04:00)
Bakı şəhər sakininə məxsus qaçırılmış avtomobil paytaxtın Nizami rayonunun ərazisində saxlanılıb.
Bakıda avtomobil qaçırmış şəxs tutulub

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakininə məxsus qaçırılmış avtomobil paytaxtın Nizami rayonunun ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 29-da Bakı şəhər sakini Amil Nəbiyevə məxsus qaçırılmış "VAZ-2106" markalı avtomobilin avqustun 31-də M.Ə.Rəsulzadə qəsəbəsində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən aşkar edilib.

Bakı BPİ DYPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avtomobil Nizami rayonunun ərazisində saxlanılıb və onu qaçırmış paytaxt sakini İsmayıl Baxışov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti