Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/
Şəki şəhər sakini sirkə turşusundan zəhərlənərək ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 6-da Şəki şəhər sakini Aynur Abdullayev sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilmiş A.Abdullayev sentyabrın 7-də orada ölüb.
Qeyd edək ki, Aynur Abdullayev ruhi xəstə olub.