...

Lənkəranda yanacaq daşıyan maşın yanıb, xəsarət alan var

Hadisə Materials 3 Oktyabr 2014 19:24 (UTC +04:00)
Lənkəranda yanacaq daşıyan avtomobil yanıb.
Lənkəranda yanacaq daşıyan maşın yanıb, xəsarət alan var

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Lənkəranda yanacaq daşıyan avtomobil yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran şəhəri ərazisində yanacaq daşıyan avtomobildə yanğın olub. Dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğınsöndürənlər tərəfindən hadisə yerində yanğının dərhal söndürülməsi istiqamətində aparılan iş nəticəsində "ST OIL" yanacaqdoldurma məntəqəsinin ərazisində "Coşqun" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus "Kamaz" markalı, həcmi 30 ton olan yanacaq daşıyan avtomobilin arxa təkərləri və nasosu söndürülüb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi və yanacaq doldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti