Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
Çexiyanın Jdyar-nad-Sazovou şəhərindəki orta məktəblərdən birində şagirdlərə bıçaqla silahlanmış naməlum qadın hücum edib. Nəticədə bir nəfər həlak olub, üç nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.
16 yaşlı gənc hücumun qurbanı olub. O, daha ağır bıçaq xəsarətləri aldığından ölüb. Eyni zamanda, insident nəticəsində bir polis zabiti və iki məktəbli də xəsarət alıb.
Frans Press agentliyi Çexiya polisinin nümayəndəsinin sözlərindən sitat gətirib: "16 yaşlı gənc yaralanıb və həkimlərin bütün səylərinə rəğmən vəfat edib".
O, həmçinin əlavə edib ki, hücumun səbəbləri hələlik müəyyən edilməyib, amma hucum edən qadın polis tərəfindən saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş verdiyi şəraiti araşdırırlar.