...

Bakıda 88 avtomobil oğurlanıb

Hadisə Materials 20 Oktyabr 2014 12:56 (UTC +04:00)
Bu ilin 9 ayı ərzində paytaxt ərazisində 88 avtomobil oğurlanıb.
Bakıda 88 avtomobil oğurlanıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bu ilin 9 ayı ərzində paytaxt ərazisində 88 avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Trend-ə bildiriblər ki, cinayətkarlıqda mübarizə tədbirləri nəticəsində onlardan 66 cinayətin üstü açılıb və cinayətkarlar məsuliyyətə cəlb ediliblər. Oğurlanmış avtomobillərlər bağlı 22 cinayətin isə üstü açılmamış qalıb. Hazırda həmin istiqamətdə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hesabat dövründə paytaxtın yol polisi əməkdaşları tərəfindən 1 nəfər qanunsuz olaraq tapança gəzdirdiyinə görə tutulub. Bundan başqa, axtarışda olan 6 cinayətkar tutulub, qanunsuz olaraq narkotik maddə saxlama ilə əlaqədar isə 4 fakt aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti