...

Malidə "Ebola"nın ilk qurbanı

Hadisə Materials 25 Oktyabr 2014 11:34 (UTC +04:00)
Malidə "Ebola" virusundan ilk ölüm faktı qeydə alınıb.
Malidə "Ebola"nın ilk qurbanı

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Malidə "Ebola" virusundan ilk ölüm faktı qeydə alınıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, virusun ilk qurbanı Qvineyadan nənəsinin yanına gəlmiş iki yaşlı qız uşağı olub.

Qıza "Ebola" virusu diaqnozu oktyabrın 21-də qoyulmuşdu.

Hazırda Malidə 40-dan çox insan "Ebola" virusunun əlamətlərinə görə nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti