...

Gəncədə silahlı insident nəticəsində bir nəfər yaralanıb

Hadisə Materials 28 Oktyabr 2014 02:17 (UTC +04:00)
Gəncədə güllələnmə hadisəsi baş verib.
Gəncədə silahlı insident nəticəsində bir nəfər yaralanıb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Gəncədə güllələnmə hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə 29 yaşlı şəhər sakini Sənan Qurbanov odlu silah yarasıyla xəstəxanaya gətirilib.

Dərhal xəstəxananın cərahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub. Sənan Qurbanova odlu silahdan qarının dəlib keçən diaqnozu qoyulub.

Xəstəxanadan verilən məlumata görə, yaralını bir nəfər tanımadıqları şəxs gətirib və o, xəstəxanadan uzaqlaşıb. Sənan Qurbanov həbsxanadan bir neçə ay bundan əvvəl çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti