...

Bakıda itkin düşmüş 9 nəfər tapılıb

Hadisə Materials 12 Noyabr 2014 12:17 (UTC +04:00)
Bakıda itkin düşmüş 9 nəfər polisin keçirdiyi tədirlər nəticəsində evlərinə qayıdıb. Onlardan 7 nəfəri qadındır.
Bakıda itkin düşmüş 9 nəfər tapılıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda itkin düşmüş 9 nəfər polisin keçirdiyi tədirlər nəticəsində evlərinə qayıdıb. Onlardan 7 nəfəri qadındır.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Fərid Abbasov, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, Günay Abdullayeva, Esmira Əliyeva, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Şəlalə Quluzadə, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüşlər - Əfsanə Mirzəyeva, qızları Fatimə, Zilan və oğlu Səid, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Samirə Gənciyeva evlərinə qayıdıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti