...

Lənkəran sakinindən 8 kq-dan artıq narkotik maddə götürülüb

Hadisə Materials 13 Noyabr 2014 11:25 (UTC +04:00)
Bakıda həbs edilən Lənkəran sakinindən 8 kq-dan artıq narkotik maddə götürülüb.
Lənkəran sakinindən 8 kq-dan artıq narkotik maddə götürülüb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda həbs edilən Lənkəran sakinindən 8 kq-dan artıq narkotik maddə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış şöbəsi, 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Lənkəran şəhər sakini, 1968-ci il təvəllüdlü Dəyanət Əliyevdən 8 kq. 200 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirirlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti