...

Bakıda itkin düşmüş 6 nəfər evlərinə qayıdıb

Hadisə Materials 19 Noyabr 2014 12:17 (UTC +04:00)
Bakıda itkin düşmüş 6 nəfər polisin tədbirləri nəticəsində evlərinə qayıdıb.
Bakıda itkin düşmüş 6 nəfər evlərinə qayıdıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda itkin düşmüş 6 nəfər polisin tədbirləri nəticəsində evlərinə qayıdıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşmüş Firuzə Məmmədova qızı Melisa ilə birlikdə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşmüş İbrahim Hüseynov, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşmüş Güllü Ələkbərova, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşmüş Elçin Misirov, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşmüş Ramil Babayev evlərinə qayıdıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti