Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlkin İzzət/
Masallıda çayın məcradan çıxması nəticəsində yaşayış evlərini su basıb.
Trend-in DİN-nin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-də intensiv yağmış yağışdan Masallı rayonunun Boradigah çayında suyun səviyyəsi qalxaraq məcrasından çıxıb. Kolatan, Babaser və Türkoba kəndlərində 20-25 həyətyanı torpaq sahəsində olan tikililəri su basıb.