Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda 40 gün əvvəl itkin düşmüş 38 yaşlı qadın tapılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 19-da itkin düşən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Vüsalə Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, 38 yaşlı qadının harada və hansı şəraitdə tapıldığı barədə məlumat verilmir.