...

Qazaxda hərbçilərin olduğu avtomobil minaya düşüb, 1 nəfər ölüb

Hadisə Materials 8 Dekabr 2014 17:44 (UTC +04:00)
Hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub. Trend-in məlumatına görə, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Qazaxda hərbçilərin olduğu avtomobil minaya düşüb, 1 nəfər ölüb

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Qazaxda hərbçilərin olduğu avtomobil minaya düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub.

Digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahvələdov Eşqin Alı oğlu isə yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, o həkimlərin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti