...

Polis Bakıda itkin düşmüş 4 nəfəri tapdı

Hadisə Materials 13 Dekabr 2014 11:28 (UTC +04:00)
Polis Bakıda 4 nəfər itkin düşmüş şəxsi taparaq evlərinə qaytarıb.
Polis Bakıda itkin düşmüş 4 nəfəri tapdı

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İlkin İzzət/

Polis Bakıda 4 nəfər itkin düşmüş şəxsi taparaq evlərinə qaytarıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 4-cü Polis bölməsi, Nəsimi rayon Polis İdarəsi 19-cu, 20-ci və 22-ci Polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, itkin düşmüş şəxslər - Valeh Rüstəmov, Vüsal Məhərrəmli, Nuranə Həsənova və Alsu Manafovanın qeydiyyatda olduqları ünvanlara qayıtmaları təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti