Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/
Bakıda astaralı keçmiş məhkumdan yarım kilodan çox heroin götürülüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Astara rayon sakini, əvvəllər məhkum olunan, 1979-cu il təvəlladlü Şaiq Quliyev saxlanılıb.
Saxlanılarkən ondan 503,127 qram heroin aşkar olunaraq götürülüb.
Faktla əlaqədar araşdırma aparılır.