Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/
Bakı sakini dozadan artıq narkotik dərman qəbul edərək ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 11-də Bakının Nərimanov rayonu ərazisində yaşayan Hüseyn Vəliyev dozadan artıq narkotik tərkibli dərman qəbul edərək ölüb. Həmin dərmanın metadon olduğu dəqiqləşdirilib.
Faktla bağlı araşdırma aparılır.