...

Soyğunçuluğa görə tutulmuş şəxslərdən narkotik vasitələr də götürülüb

Hadisə Materials 5 Fevral 2015 13:11 (UTC +04:00)
C.İmanovdan 0,167 qram, K.Əhmədovdan 0,172 qram heroin götürülüb.
Soyğunçuluğa görə tutulmuş şəxslərdən narkotik vasitələr də götürülüb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/

Soyğunçuluq etdiyinə görə tutulmuş şəxslərdən narkotik vasitələr də aşkar edilərək götürülüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Elnur İsmayılovun 350 manatını soyğunçuluq yolu ilə almış Biləsuvar rayon sakini Cəmil İmanov və Bakı şəhər sakini Kamran Əhmədov tutulublar.

C.İmanovdan 0,167 qram, K.Əhmədovdan 0,172 qram heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti