...

Gəncədə avtomobil piyadanı vurdu, sürücü aradan çıxdı

Hadisə Materials 14 Fevral 2015 02:12 (UTC +04:00)
Gəncədə avtomobil piyadanı vurub.
Gəncədə avtomobil piyadanı vurdu, sürücü aradan çıxdı

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Gəncədə avtomobil piyadanı vurub.

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, Gəncə sakini Dədə Qorqud küçəsi, bina 26, mənzil 17-də yaşayan 20 yaşlı Samirə Atakişiyeva Tağı Aranı küçəsi ilə hərəkət edərkən "Niva" markalı avtomobil onu vurub.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının avtomobili ilə xəstəxanaya gətirilib. Yaxınlarının sözlərinə görə, "Niva" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb və qaranlıq olduğundan avtomobilin nömrəsini görmək mümkün olmayıb.

Yaralının xəstəxananın travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti