...

Bakı-Qazax yolunda yük maşını aşıb

Hadisə Materials 1 Mart 2015 18:02 (UTC +04:00)
Bakı-Qazax magistralında avtomobillərin hərəkətində məhdudiyyət yaranıb
Bakı-Qazax yolunda yük maşını aşıb

Azərbaycan, Bakı, 1 mart /Trend

Bakı-Qazax magistralında avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

Bugün saat 17:00 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır tonnajlı yük avtomobili yolun hərəkət hissəsində aşıb.

Trend Kəpəz TV-yə istinadan məlumat verir ki, ölən və xəsarət alan olmasa da avtomobilin yük hissəsində olan taxta materiallar yola tökülüb.

Bu səbəbdən də magistralda avtomobillərin hərəkətində problem yaranıb.
Hazırda yol polisi əməkdaşları hərəkəti bərpa etmək üçün tədbirlər görürlər.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Xəbər lenti

Xəbər lenti