...

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Xaçmaz sakini saxlanılıb (VİDEO)

Hadisə Materials 2 Aprel 2015 13:11 (UTC +04:00)
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Xaçmaz sakini saxlanılıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Xaçmaz sakini saxlanılıb (VİDEO)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Xaçmaz sakini saxlanılıb.

Trend Region TV-yə istinadən xəbər verir ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlayıb. Əməliyyat zamanı cinayətkar dəstənin digər üzvləri hadisə yerindən qaçmağa müvəffəq olublar. Hazırda polis onların axtarışlarını davam etdirir.

Əməliyyatçılar qanunsuz olaraq narkotik maddə əldə etmə və gəzdirmədə şübhəli bilinən Xaçmaz rayon sakini Mirzə Rəsulovu saxlayıblar. Paytaxtın Tbilisi prospektində saxlanılan M.Rəsulovun üzərindən iri sellofan paketdə narkotik aşkarlanıb.

Saxlanılan şəxs bildirib ki, Qələndər adlı şəxslə Tbilisi prospektindəki dayanacaqda görüşməli idilər. Görüş yerinə gedən zaman onu polis əməkdaşları saxlayıb. Mirzəni görüşə göndərənlər isə onun saxlanıldığını görəndə qaçıblar.

M.Rəsulov paketin içində narkotik olduğunu bilmədiyini deyib: "İçində narkotik olduğunu bilmirdim. Balamın canı, narkotiklə əlaqəm yoxdur. Mənə dedilər ki, bunun içində bahalı mal var, bir adama verib, 80 dənə 100-lük alacaqsan"

Hazırda əməliyyatçılar M.Rəsulova narkotik verənlərin kimliyini müəyyənləşdirməyə çalışırlar.

Faktla əlaqədar açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti