Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlkin İzzət/
İrandan gələn azərbaycanlının ayaqqabısında və üzərində narkotik maddə aşkar edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Yalçın Dadaşov gömrük nəzarətindən keçən zaman ayağındakı ayaqqabının hər iki tayında gömrük nəzarətindən gizlədilmiş 26 ədəd büküm, şəxsi yoxlama zamanı isə üzərində 1 ədəd büküm olmaqla, ümumilikdə xalis çəkisi 98,609 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.