Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İlkin İzzət/
Dəmir yolu stansiyasından oğurluq etmiş Gəncə şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Gəncə dəmir yolu stansiyasının ərazisində 6 ədəd transformatorun mis sarğılarını oğurlamış Gəncə şəhər sakini Əli Hümbətov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.