...

Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıblar

Hadisə Materials 3 May 2015 09:57 (UTC +04:00)
Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıblar
Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıblar

Azərbaycan, Bakı, 3 may /Trend/

Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıblar.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN"1 12" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin intihar məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar.

Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınmışdır. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:32-də başa çatmışdır.

Xəbər lenti

Xəbər lenti