Azərbaycan, Bakı, 9 may /Trend/
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Liberiyada "Ebola" virusu epidemiyasının sona çatdığını bəyan edib. Bu barədə Trend "İnterfaks" agentliyinə istinadən məlumat verir.
ÜST-nin sənədində qeyd olunur ki, aşkar edilən sonuncu virus yayılması faktından 6 həftə ötüb.
Qeyd edək ki, "Ebola" virusu nəticəsində Qərbi Afrika ölkələrində 4,7 min nəfərdən çox insan həyatını itirib.