...

Azyaşlının əli ətçəkəndən xilas edildi

Hadisə Materials 8 İyun 2015 01:23 (UTC +04:00)
Daşkəsən rayonunda 1 nəfər azyaşlının əli ətçəkən məişət avadanlığında qalıb.
Azyaşlının əli ətçəkəndən xilas edildi

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Daşkəsən rayonunda 1 nəfər azyaşlının əli ətçəkən məişət avadanlığında qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəsarət alan azyaşlı Gəncə şəhəri, Kəpəz rayonundakı xəstəxanaya gətirilib və bu haqda Gəncə Regional Mərkəzinə məlumat verilib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib və köməksiz vəziyyətdə qalmış azyaşlının əlini ətçəkən məişət avadanlığından çıxarıb və onu aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti