...

Şəmkirdə dörd ay öncə törədilmiş tükürpədici cinayətin üstü açılıb

Hadisə Materials 17 Avqust 2015 10:22 (UTC +04:00)
Şəmkir rayonunda bu ilin aprel ayında törədilmiş tükürpədici cinayətin üstü açılıb.
Şəmkirdə dörd ay öncə törədilmiş tükürpədici cinayətin üstü açılıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İlkin İzzət/

Şəmkir rayonunda bu ilin aprel ayında törədilmiş tükürpədici cinayətin üstü açılıb.

Trend-in əldə etdiyi məlumta görə, Şəmkir rayon İrmaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Mirzəyev Fariz Arif oğlu 2015-ci il aprel ayında qeyri-rəsmi nikahda olduğu Bahar Hüseynovanın digər kişidən hamilə olub dünyaya gətirdiyi, 2012-ci il təvəllüdlü Nihad adlı oğlunu öldürüb. F.Mirzəyev daha sonra uşağın cəsədini qəbristanlıqda basdırıb.

Şəmkir rayon prokurorluğunda hadisə ilə bağlı aparılan araşdırmalardan sonra F.Mirzəyev avqustun 16-da şübhəli şəxs qismində saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti