Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İlkin İzzət/
Bakı şəhər sakininin saxta sənədlə torpaq sahəsi satması faktı ilə bağlı cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ əməkdaşları tərəfindən Bakı şəhər sakini Cəfər Əminovun 2014-cü ilin yanvarında saxta sənəd tərtib edərək paytaxt sakini Xuraman Rüstəmovaya 29000 manata torpaq sahəsi satması müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.