...

Qırğızıstanda yol qəzası: 7 ölü

Hadisə Materials 26 Avqust 2015 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Qırğızıstanın Bişkek-Toruqart strateji avtomobil yolunda baş verən yol qəzası nəticəsində 7 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb. Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Qəza yerli vaxtla 7:30 radələrində baş verib. İlkin məlumata əsasən, "Honda Odyssey" markalı avtomobilin sürücüsü qarşı zolağa çıxıb və "Lexus 470" markalı maşınla toqquşub. Nəticədə sürücü və 6 sərnişin hadisə yerindəcə həlak olub. "Lexus 470"-də yaralanan 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Hazırda Daxili işlər nazirliyinin əməkdaşları ölən və yaralıların kimliyini müəyyənləşdirir. Hadisə yerində Çuy vilayətinin yol-patrul xidmətinin əməliyyat istintaq qrupu işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti