...

Bakıda qaçırılmış “QAZel”lə qəza törətdilər

Hadisə Materials 14 Sentyabr 2015 13:30 (UTC +04:00)
Bakıda avtomobil qaçıraraq qəza törətmiş şəxs saxlanılıb.
Bakıda qaçırılmış “QAZel”lə qəza törətdilər

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobil qaçıraraq qəza törətmiş şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 12-də saat 12 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsindən qəsəbə sakini Samir Ağayevə məxsus "QAZel" markalı avtomobil qaçırılıb.

Avtomobilin onun həmyerlisi Musa Əhmədov tərəfindən qaçırılması və idarə edərkən yol ayırıcısına vurması BDYPİ əməkdaşları tərəfindən müəyyən edilib və o, saxlanılaraq Qaradağ RPİ 11-ci PB-yə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti