Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/
Sumqayıtda kafedə yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu gün Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kafenin 1 otağında məişət əşyaları 20 kv.m sahədə yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 70 kv.m sahədə əriyib.
Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
X X X
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yanğın zamanı xəsarət alan şəxs kafedə ofisiant işləyən Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Ağamalıyev Valeh İslam oğlu olub.
Hakimlərin rəyinə görə, zəhərlənmənin dərəcəsi yüngül olub, boğulma olmayıb.
Hazırda xəstənin həyatı üçün heç bir təhlükə yoxdur. Buna baxmayaraq, V.Ağamalıyev xəstəxanaya yerləşdirilib.