...

Sumqayıt sakinini qatar vurdu, qolu amputasiya edildi

Hadisə Materials 1 Oktyabr 2015 21:06 (UTC +04:00)
Dəmiryol xəttini keçmək istəyən Sumqayıt şəhər sakini Natiq Namazovu qatar vurub.
Sumqayıt sakinini qatar vurdu, qolu amputasiya edildi

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Dəmiryol xəttini keçmək istəyən Sumqayıt şəhər sakini Natiq Namazovu qatar vurub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin dəmiryol xəttinin Dəllər stansiyası ərazisindən keçən hissəsində baş verib.

Xəsarət alan şəxs Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlər yaralını əməliyyat edib, onun bir qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti