Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Elmir Murad/
Biləsuvar rayonunda tüfənglə ehtiyatsız davranan şəxs həmkəndlisini yaralayıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Aranlı kənd sakini Şahəli İbayev tüfənglə ehtiyatsız davrandığından atəş açıb. Nəticədə onun həmkəndilsi Elvin Xudaverdiyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ş.İbayev könüllü olaraq Biləsuvar Rayon Polis Şöbəsinə təslim olub. Həmçinin "İJ-58" markalı ov tüfəngini də polisə təhvil verib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.