Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
Bakıda avtomobilin hissələrini sökərək oğurlamış şəxslər tutulub.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Yasamal rayon Polis İdarəsi 28-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Elşən Atamoğlanova məxsus "VAZ-2107 markalı avtomobilin hissələrini sökərək oğurlamış Bakı şəhər sakinləri Ağarəsul Əzimov və əvvəllər məhkum olunmuş Elvin Əzimov tutulublar.