Bakı. Trend:
Bakının Lökbatan qəsəbəsində yerləşən restoranlardan birində müştərilər arasında mübahisə nəticəsində atışma baş verib.
Trend-in əldə etdiyi məlumata görə, "Zeytə park" adlanan restoranda baş verən atışma nəticəsində ən azı 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.
ХХХ
1 saylı Şəhər Kliniki Xəstəxanasından Trend-ə bildirilib ki, hadisə nəticəsındə xəsarət almış 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 2-si artıq buraxılıb, 1-i başqa xəstəxanaya köçürülüb, 2-si isə hazırda xəstəxanada müalicə alır. Onların vəziyyətinin sabit olduğu qeyd olunub.