...

Yasamalda yaşayış binasında yanğın: 30 nəfər təxliyyə edilib

Hadisə Materials 27 Dekabr 2015 09:52 (UTC +04:00)
Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub.
Yasamalda yaşayış binasında yanğın: 30 nəfər təxliyyə edilib

Bakı. Trend:

Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin girişində elektrik kabeli 15 p.m yanmış və ümumi sahəsi 5 kv.m olan plastik konstruksiyadan ibarət köməkçi otaq qarsalanmışdır.

Yanğın zamanı 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəbər lenti

Xəbər lenti